AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmizdə ən müasir nəqliyyat - kommunikasiya sistemləri inşa edilir - ÖZƏL

  • + A
  • - A
  • 1-12-2022, 17:39

    Ölkəmizdə ən müasir nəqliyyat - kommunikasiya sistemləri inşa edilir - ÖZƏL


    Ölkəmizdə ən müasir nəqliyyat - kommunikasiya sistemləri inşa edilir.

    Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
    Beynəlxalq konfrasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

    Dövlət başçısının yürütdüyü uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuza sahib olan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Belə tədbirlər vasitəsilə dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yerləşdiyi bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində gerçəkləşdirilən mütərəqqi siyasətlə tanış olur, həyata keçirilən strategiyanı dəstəkləyir.

    Konfrasda Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq - Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımaların genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.
    Qlobal layihələrin reallaşması üçün ilkin növbədə daxili sabitlik olmalıdır. Orta dəhlizin tam istismara verilməsinə nail olmaq üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir. Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında da bildirib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.
    Daxili iqtisadi mühitin inkişafı istiqamətində atılan addımlar yeni dövrdə Azərbaycana mühüm üstünlüklər qazandırıb. İllərdir ki, yeni infrastrukturların qurulması istiqamətində əsaslı işlər görülür. Cənab Prezident bildirib ki, Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Bu kimi amillər ölkəmizin geosiyasi və geoiqtisadi əməkdaşlıq platformasındakı fəaliyyətinə mühüm üstünlüklər qazandırır.
    "Şimal-Cənub" dəhlizi kimi, digər nəqliyyat layihələri də "Şərq-Qərb" dəhlizinə əsaslı dəstək və uğur qazandıracaq. Ölkəmizdə ən müasir nəqliyyat-kommunikasiya sistemləri inşa edilir. Yeni iqtisadi nizamda özünəməxsus yer tutan Azərbaycan yükləri öz ərazisindən operativ nəql etmək potensialına malikdir. Təbii ki, bunun üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.
    Azərbaycan müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyur və yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrilir.

    Gülcahan Vəkilzadə - YAP Masallı rayon Təşkilatı/ Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR