Rusiya ətrafında və daxilində baş verən hadisələr yaxın illərdə çox qeyri-müəyyən, fərqli şəkildə cərəyan edə bilər. 2025-ci ilə qədər Rusiyanın hansı vəziyyətdə olacağını bilmirik.
AzadMedia.az axar.az-a istinadən bildirir ki, bu sözləri Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.
Areşev bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlı missiyasının müddətinin uzadılması və ya uzadılmaması onların Xankəndiyə yerləşdirilməsi kimi son anda həll oluna bilər:
"Azərbaycan rəhbərliyini razı salmaq üçün ciddi səylər göstərilmişdi. Xatırlayırıq ki, Türkiyə də Qarabağda sülhməramlı kimi tam iştirak etmək istəyirdi. Lakin Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək israrını keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda formal monitorinq mərkəzinə çevirə bildi. "2025-ci ildə bu məsələ necə həll olunacaq" sualına gəlincə, Azərbaycanın əsas müttəfiqi, tərəfdaşı olan Türkiyədən Kremlin ticarət, iqtisadi, logistika və digər sahələrdə asılılığı ciddi şəkildə artıb. Hesab edirəm ki, 2025-ci ildə bu, şübhəsiz ki, nəzərə alınacaq. Amma hazırda mən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına alternativ görmürəm".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.