AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov, Anar İskəndərov Türkiyə səfirliyini ziyarət edib, səfir Cahit Bağcıya baş sağlığı veriblər - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 13-02-2023, 22:36

    Deputat Məşhur Məmmədov, Anar İskəndərov Türkiyə səfirliyini ziyarət edib, səfir Cahit Bağcıya baş sağlığı veriblər - FOTO - ÖZƏL


    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Məşhur Məmmədov, həmkarı Anar İskəndərov və Masallı rayon sakini, iki şəhid anası Ziba ana ilə birlikdə qardaş Türkiyə səfirliyini ziyarət edib, dəhşətli zəlzələdə həlak olanların ruhuna ehtiram əlaməti olaraq, səfirlik önündəki müvafiq guşəyə gül dəstələri düzüb, həlak olanların ruhlarını ehtiramla yad ediblər.


    Azadmedia.az xəbər verir ki, sonra Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı ilə görüşən deputatlar Məşhur Məmmədov və Anar İskəndərov, həmçinin Ziba ana Kahramanmaraş başda olmaqla, qardaş ölkənin 10 vilayətində baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən dərin kədər hisslərini bildirərək, Türkiyə səfirinə başsağlığı veriblər.


    Millət vəkilləri səfir Cahit Bağcı ilə görüş zamanı qeyd ediblər ki, “Türkiyənin acısı bütün Azərbaycanın acısıdır. Türkiyəyə ölkəmizin köməyi aralıqsız davam edir və qardaş köməyi yardımlara davam edəcək. Azərbaycan xalqının hər bir üzvü əlindən gələn dəstəyi verir və verəcək.”


    Səfir Cahit Bağcı, ziyarət üçün dərin təşəkkürünü bildirərək Azərbaycanın ilk dəqiqələrdən etibarən Türkiyənin yanında olduğunu vurğulayıb. Səfir Bağcı bildirib ki, zəlzələ baş verdiyi gündən bu yana səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə saysız-hesabsız yardımlar təşkil olunur, göndərilir. Təbii ki, bütün bunlar qardaşlığımızın nə qədər sarsılmaz olduğunun bariz nümunəsidir.

    Deputat Məşhur Məmmədov səfirliyi ziyarətləri barədə sosial media hesabı üzərindən paylaşımında bildirib ki, “Bir həftə keçsə də, qardaş Türkiyədən gələn xəbərləri ürəkağrısı ilə izləyirik. Türkiyə çox sınaqlar görüb, inşallah bu da keçəcək. Türkiyədəki qardaş-bacılarımıza dəstək ifadə etmək, zəlzələdə həyatını itirənlərin xatirəsini yad etmək üçün Masallı rayon sakini, Vətənə 2 oğlunu şəhid vermiş Ziba ana və həmkarım Anar İsgəndərovla birlikdə Türkiyə Səfirliyinin Azərbaycanda yerləşən ünvanında olub, həlak olanların xatirəsinə çiçək dəstələri düzüb, Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı ilə görüşdük, qardaş ölkəyə mənəvi dəstəyimizi ifadə etdik. Allah zəlzələdə həyatını itirənlərə rəhmət, qalanlara can sağlığı versin. Yaralıların yastığı yüngül olsun. Cənab Prezident İlham Əliyevin göstərişi ilə bütün qüvvələr Türkiyə üçün səfərbər olub. Yardımlar davam edir. Zəlzələnin nəticələri aradan qaldırılıb həyat axarına düşənə qədər qardaş Türkiyənin yanındayıq.”



    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR