Rusiyanın nəzarətində olan ərazilərimizdəki ukraynalıların yaşamaq üçün bu ölkənin vətəndaşlığını qəbul etməsi tövsiyə olunur.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Dmitri Lubinets deyib.
Belə ki, “Onlara həyatda qalmaq üçün Rusiya pasportunu götürməyi tövsiyə edərdim. Həyatda qalmaq üçün verilən qərardır. Bu, ən əsasdır”, - deyə o bildirib.
Qeyd edək ki, Lubinets vurğulayıb ki, hazırda Ukrayna hakimiyyəti ukraynalılara gələcəkdə Rusiya pasportundan imtina etməyə imkan verən qanun layihəsi hazırlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.