Uğur vaxtında verilən qərardadır Ekspert

İqtisadçı Eldəniz Əmirov qərarvermə və uğur arasındakı əlaqə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Onun sözlərinə görə, insanlar düşüncə tərzinə görə şərti olaraq üç qrupa bölünə bilər. Belə ki, “orta beyin”ə sahib şəxslər daha çox uğur qazanır. “Xırda beyin”lər isə ya ümumiyyətlə qərarsız qalır, ya da yanlış qərarlar verir, yalnız nadir hallarda təsadüf nəticəsində uğur əldə edə bilir.
İqtisadçı qeyd edir ki, “böyük beyin” kimi xarakterizə olunan insanlar isə bütün riskləri və parametrləri həddindən artıq təhlil etdikləri üçün çox zaman hərəkətsiz qalır və nəticədə inkişaf imkanlarını itirirlər.
Eldəniz Əmirov vurğulayır ki, bəzən riskləri ya görməmək, ya da onları daha kiçik qiymətləndirmək vacibdir. Onun fikrincə, uğur hər zaman mükəmməl analizdən deyil, məhz vaxtında verilən düzgün qərardan yaranır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.