*9111 taksi xidməti ermənilərə işləyir? – şikətdə rus dilində danışmalısan
Taksi sürücüsü Xəyal Quliyev *9111 taksi xidmətindən şikayət edib.
Avtosfer.az-a müraciət edən sürücü bildirib ki, bir ay əvvəl taksi xidməti ilə məşğul olmaq üçün şirkətə müraciət edib. “İşə qəbul üçün 25 manat pul verdim. Şirkətin əməkdaşı bildirdi ki, əlavə olaraq 10 manat da naviqator proqramının və lisenziyasının yazılamsı üçün ödəməliyəm. Mən bildirdim ki, digər taksi şirkəti ilə də əməkdaşlıq edirəm və naviqasiya porqramını CaspianNavtel-dən alımışam. Lakin şirkət əməkdaşı proqrama baxıb köhnə olduğunu və daha müasir bir sistem yazacağını bildirdi. Əlavə olaraq 10 manat da ödədim. Lakin həmin gündən yazılan yeni proqram mənim başıma sözün həqiqi mənasında oyun açıb. Demək olar ki, heç bir ünvanı düzgün tapmır”.
Sürücü deyir ki, taksi şirkəti ilə əməkdaşlığı dayandırır. “Daha onlarla işləməyəcəm. 25 manat işə qəbul ödənişimi, 10 manat naviqasiya proqramı üçün pulu və 14 manat depozitimi şirkətdən tələb edirəm. Müraciət etsəm də, hələ öz pulumu mənə qaytarmayıblar.”
Şikayətçi deyir ki, şirkətin rəhbəri əcnəbidir. “İçəriyə girəndə bizimlə rus dilində danışmağı tələb edirlər. Deyəndə ki, bura Azərbaycandır, cavab bu olur ki, bizdə belədir”.
Sürücü deyir ki, Caspian NavTel şirkətindən aldığı proqramı və xəritəni də onun telefonundan siliblər. “Köhnə proqramımı silmişdilər. Təzə də işləmirdi. Yenidən Caspian NavTel-ə müraciət etdim. Çox sağ olsun, şirkətin rəhbəri Rizvan müəllim, onun tapşırığı xəritəni yenidən pulsuz şəkildə telefonuma yüklədilər, lisenziyamı bərpa etdilər”.
Qeyd edək ki, bir müddət əvvəl *9111 taksi xidmətinin təqdim etdiyi xəritədə Bakının keçələrindən birinin adı “Artsax” olaraq qeyd edilmişdi.
Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, sözügedən şirkətin rəhbərliyi birbaşa ermənilərlə bağlıdır. Belə ki, “Yandex” şirkətinin təqdim etdiyi xəritə əsasında qurulan proqram taksi sürücülərinə təqddim edilir. “Yandex” şirkətinin rəhbərinin isə milliyətcə etməni olduğu bəllidir. Həmçinin dəfələrə “Yandex” Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə yanaşaraq Dağlıq Qarabağı müstəqil respublika və ya Ermənistanın tərkib hissəsi kimi göstərib.
Azərbaycanda bir çox sürücülərin işlədiyi və Bakıda özünə geniş biznes şəbəkəsi qurmuş *9111 taksi xidmətinin əldə etdiyi gəlirlərin əmədaşlıq etdikləri ermənilərə getdiyi də aşkardır. Yəqin ki, aidiyyatı qurumlar bununla bağlı lazımi ölçü götürəcəklər.