AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada partlayışda ölənlərin sayı 26-ya çatıb

  • + A
  • - A
  • Bu gün, 19:38

    Rusiyada partlayışda ölənlərin sayı 26-ya çatıb

    Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

    Bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

    Məlumata görə, 30 nəfər (Ryazanda 15, Moskvanın tibb mərkəzlərində 15) stasionar, 109 xəstə isə ambulator müalicə alır. Meyitlərin kimə məxsus olması ilə bağlı araşdırmalar davam etdirilir, lazımi ekspertizalar aparılır.

    “Lesnoy qəsəbəsi hüdudlarında fövqəladə vəziyyət rejimi qüvvədə qalmaqda davam edir. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, o cümlədən müəssisənin ərazisində işlər gedir”, - qərargahdan əlavə edilib.

    Qeyd edək ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR