"Əsgər Ailəsi Cəmiyəti"Vətənpərvərliyin Təbliği İctimai Birliyi Abşeron qaziləri ilə görüş keçirildi.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, görüş şəhidlərimizin anım xatirəsi olə açıldı. Komandanın rəhbəri, Qarabağ qazisi Elnur Sadıqov və Fərda Eyyubov çıxış edərək qazilərdən ibarət bu komandanın fəailiyətindən və uğurlarından danışdılar. Ehtiyatda olan zabit Qarabağ qazisi Fərda Eyyubov da qa,qazilərimizdən ibarət yaradılmış futbol komandasının qazilərimizin həyatına müsbət təsiri olduğunu qeyd edərək əlavə etdi ki, qazilərimiz çox emosional və həssas olduqları üçün hər şeyi içlərinə salır stres keçirirlər,ama bu oyun zamanı qazilərimiz həm məşq,həmdə yarış zamanı bu stresləri ataraq rahatlaşırlar.
Tədbir təşkilatçısı, Qarabağ müharibə veteranı Roza Əliqızı da çıxışında bu fəailiyyətin uğurlu və ürəkaçan olduğunu dilə gətirdi və bir çox sahələrdə qazilərimizin asudə vaxtlarını belə səmərəli işlərlə davam etməsini arzuladı.
Roza Əliqızı və komanda rəhbəri Elnur Sadıqov son vaxtlar bəzi üzdəniraqların nəlayiq hərəkətlərindən üzündən qazilərimizi gözdən salmağa çalışanlar olsada,əsl vıtənin azadlığı uörunda canından keçən,bu yolda ayaqlarını,qollarını,gözlərini ümumiyyətlə sağlamlığını itirən qazilərimiz var ki xalqımız onlarla qürur duyurlar.
İndiyədək ərazi bütövlüyümüz uğrunda mübarizə aparıb zəfər yaşadan qazilərimiz,bundan sonra isə Azərbaycan futbolu uğrunda,Azərbaycan bayrağını yükəltmək uğrunda mübarizə aparacaqlar.
Komanda hazırda Türkiyənin Ankara şəhərində keçiriləcək yarışa hazırlaşır. Bir sözlə, qazilərimizin alın yazısıdır ki, zəfər qazanıb Azərbaycan bayrağını yüksəltmək – bu, futbolçu qazilər arasında keçiriləcək görüşdür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Konstitusiya və suverenlik” ili, eyni zamanda Tarixi Zəfərin 5 illik yubileyi layihəsi əsasında keçirilmişdir.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.