Pakistanın cənubunda baş verən qatar qəzası nəticəsində həlak olanların sayı 30-a, xəsarət alanların sayı isə 90 nəfərə çatıb.
Azadmedia.az xəbər verir ki, Polis xilasetmə əməliyyatının başa çatdığını elan edərək, ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu qeyd edib.
Belə ki, Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb.
Həmçinin qəzanın texniki nasazlıq və ya təxribat nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif Pəncab əyalətində qatıldığı tədbirdə çıxış edərək qatar qəzasında həyatını itirənlərə Allahdan rəhmət diləyib və deyib: “Hamımız dua edirik, Allah həyatını itirənlərin məkanını cənnət eləsin, yaralılara tezliklə şəfa diləyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.