AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər - ÖZƏL

  • + A
  • - A
  • 25-08-2023, 19:08

    Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər -

    Bakı, 25 avqust — Azadmedia.az

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Özbəkistanın prezidenti seçildikdən sonra ilk xarici səfəri məhz Azərbaycana olmuşdur

    Prezident İlham Əliyevin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi qəlbdən salamladıqdan sonra bu səfərini yüksək qiymətləndirdi. Əlbətdə ki, bu səfər Özbəkistan Prezidentinin seçkilərdə qalib gəldikdən sonra Özbəkistanın prezidenti seçildikdən sonra ilk xarici səfəri məhz Azərbaycana olmuşdur. Bu qardaşlığımızın, dostluğumuzun münasibətinin göstəricisidir. Cənab İlham Əliyev bu səfəri çox yüksək qiymətləndirdi və bu iki qardaş ölkə arasında olan münasibətlərin çox yüksək səviyyədə inkişaf etməsini qeyd etdi. Sonra Prezident İlham Əliyev vurğuladı ki, mən ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda – Daşkənddə, Səmərqənddə, Xivədə oldum. Bir daha demək istəyirəm ki, Sizin həyata keçirdiyiniz həmin dəyişikliklərin, islahatların nəticələrini əyani şəkildə gördüm və qardaş Özbəkistan xalqı ən düzgün seçimi etdi. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçrildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Daha sonra Cənab İlham Əliyev qeyd etdi ki, xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birmizin yanında olmuşuq və bir-birmizi dəstəkləmişik. Bu ay Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular. Sonra Prezident Cənab İlham Əliyev Özbəkistanın Qarabağdakı quruculuq işlərindəki fəal iştirakından söhbət açdı. O qeyd etdi ki, biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri – keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda – azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar. Çıxışının sonunda İlham Əliytev qeyd etdi ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər. Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq. Hörmətli Şavkat Miromonoviç, bir daha Sizi salamlamaq, mənim dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyiniz üçün təşəkkür etmək istəyirəm. Biz Sizinlə mart ayında Bakıda, Qoşulmama Hərəkatının Zirvə toplantısında görüşmüşük, ilin sonunadək mən yenə Özbəkistana getməyi planlaşdırıram.


    Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb - Şıxəliyeva Aidə Azər qızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR