İran Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini alıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Məlumata görə, təyyarələr İrana çatdırılıb və artıq Hərbi Hava Qüvvələrinin ixtiyarındadır.
Belə ki, “Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarında uçacaq pilotların təlimində istifadə olunacaq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, nə qədər təyyarənin alındığı ilə bağlı məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.