AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir - ÖZƏL

  • + A
  • - A
  • 19-09-2023, 10:53

    Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir -


    Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

    Sentyabrən 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüçü keçirilib.Ölkə rəhbəri görüşdə qonaq qismində iştirak edib.
    Görüşdə iştirak edən Mərkəzi Asiya Dövlət Başçıları cənab Prezident İlham Əliyevi xüsusi olaraq salamladılar.Sonra çıxış üçün söz Prezident İlham Əliyevə verildi.
    Cənab Prezident görüş iştirakçılarını salamladıqdan sonra görüşə fəxri qonaq kimi dəvət olunduğu üçün Tacikistan Prezidenti Emoməli Rəhmona öz təşəkkürünü bildirib.
    Prezident İlham Əliyev bildirib ki,bu il Tacikistana ikinci səfəridir.Səfər haqqında ətraflı məlumat verən cənab Prezident Tacikistan Prezidentini də Azərbaycanda səbirsizliklə gözlədiyini qeyd etdi.
    Məşvərət Şurasının işində ilk dəfə iştirak etdiyini deyən İlham Əliyev əmin olduğunu bildirib ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.
    “Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək” deyən İlham Əliyev qeyd edib ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.
    Daha sonra ölkəmizin rəhbəri bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.
    İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Cənab Prezident sərmayə fondunun yaradılması və növbəti 3 il ərzində 1 milyard dollardan artıq razılaşdırıldığını qeyd edib və bildirib ki, artıq sənaye əməkdaşlığı,maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı sahələrdə çoxsaylı layihələri həyata keçiririk. Həmçinin nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur.
    Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Bu sahədə işlərin gələcəkdə daha da artacağına dair bəzi məlumatları da vurğulayıb.Cənab Prezident digər sahə barədə də məlumat verib və bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.
    Sonda cənab Prezident İlham Əliyev həmkarlarına müraciət edərək bildirib ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın yaradılmasının 25 ili tamam olur.Prezident İlham Əliyev dövlət başçılarına rəsmi dəvətlərin göndərildiyini və bu ilin noyabrında Bakıda Sammitdə onları görməkdən məmnun olacağını qeyd edib.
    Çıxışınin sonunda dövlətimizin başçısı keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha öz təşəkkürünü bildirib və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh,əmin-amanlıq arzulayıb.

    Ş.Xəlilova, S.Xəlilov adına Masallı rayon Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi



    Piriyeva Ülkər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR