Ukraynadakı müharibə Rusiyanın müttəfiqlərinə silahlarını Qərbin hava hücumundan müdafiə sistemlərinə qarşı sınaqdan keçirmək imkanı verir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, "Şimali Koreya tez-tez nüvə raketlərini sınaqdan keçirsə də, Ukrayna ona real döyüş vəziyyətini necə idarə etdiyini görmək üçün unikal imkan verir", – deyə məlumatda deyilir.
Bildirilib ki, İran Suriyanın şimal-qərbindəki İdlib əyalətinə hücum zamanı artıq raketlərini sınaqdan keçirib:
"Bu sınaqlar onlara Şimali Koreya qədər faydalı olmayacaq. Lakin ekspertlərin fikrincə, İran bundan hələ də müəyyən fayda əldə edə bilər. Rusiya İran raketlərini Şimali Koreyanın raketlərindən qat-qat qiymətli hesab edir. Axı, onlar daha dəqiq ola bilər. Bundan əlavə, bu raketlərin hazırlanması və buraxılması daha asandır. İran və Rusiya, şübhəsiz ki, Qərb istehsalı olan raket əleyhinə müdafiə sistemləri ilə mübarizə aparmaq üçün məlumat mübadiləsi aparacaqlar. Bu mübadilə qarşılıqlı olacaq və İran da bu təcrübədən çox şey öyrənəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.