AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Koreyada minlərlə həkimə qarşı sanksiya: Lisenziyaları ləğv ediləcək

  • + A
  • - A
  • 5-03-2024, 09:16

    Cənubi Koreyada minlərlə həkimə qarşı sanksiya: Lisenziyaları ləğv ediləcək

     
    Cənubi Koreyada stajor həkimlərlə hökumət arasında qarşıdurma davam edir.

    Cənubi Koreya hökuməti universitetlərə daha çox tibb tələbəsinin qəbul olunması ilə bağlı plana etiraz edən və tətilə çıxan həkimlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib.

    Bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən açıqlamaya görə, hökumətin işə qayıtmaq əmrinə tabe olmayan 7 min stajor həkimin lisenziyalarının ləğvi üçün prosedurlara başlanılıb.

    Cənubi Koreyanın səhiyyə naziri Ço Kyoo-Hong həkimlərin işlərini dayandırmalarını qanunsuz adlandırıb və hökumətin stajor həkimlərin qeyri-qanuni kütləvi etirazlarına qarşı mövqeyinin aydın olduğunu qeyd edib.

    Səhiyyə nazirinin müavini Park Min-Soo isə bu cəza tədbirlərinin həkimlərin gələcək karyeralarına mənfi təsir edəcəyini vurğulayıb.

    “Səhiyyə sektorunda xaosa səbəb olan kollektiv etiraz aksiyasına görə məsuliyyət daşıyan məmurlara veriləcək cəzalar sərt və təcili şəkildə tətbiq olunacaq”, - deyə o bildirib.

    Xatırladaq ki, Cənubi Koreyada stajor həkimlər hökumətin universitetlərə daha çox tibb tələbəsi qəbul etmək planına etiraz olaraq fevralın 20-dən tətilə başlayıblar. Cənubi Koreya hökuməti tətildə iştirak edən həkimlərə işə qayıtmaq üçün fevralın 29-dək vaxt verib və işinə qayıtmayan həkimlərin tibbi lisenziyasının bir ilə qədər müddətə ləğv ediləcəyini, üç il həbs və ya 30 milyon von (3800 manatdan çox) pul cəzası tətbiq ediləcəyini bildirib. Buna baxmayaraq, tətilə çıxan minlərlə həkimdən yalnız 565-i öz vəzifəsinə qayıdıb.(Haber Global)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR