AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan qadınının aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir” - Prof. İbrahim Cəfərov

  • + A
  • - A
  • 7-03-2024, 23:51

    “Azərbaycan qadınının aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir” - Prof. İbrahim Cəfərov

    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    Gəncə, 7 Mart — Azadmedia.az

    “Azərbaycan qadınının aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir”

    Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında hər daim fədakarlıqlar nümayiş etdirmişdir. Həmçinin xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində əvəzsiz rol oynamışdır. Xüsusilə, bir sıra sahələrdə onların əməyi misilsizdir. Azərbaycan qadını yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyəti sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatımıza, olduqları sosial ortama həmişə bir dinamizm qatmışdır. Fəxrlə qeyd edə bilərik ki, Azərbaycan xanımları Müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını hər zaman əməli surətdə sübuta yetirmişlər.
    Sözün əsl mənasında, sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdur.

    Ölkəmizdə qadın siyasətinin əsasını qoyan Ümummilli Lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların bütün sahələrdə hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bir sözlə, ölkədə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

    Bu gün ölkəmizdə qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir. Ən bariz nümunəvi xanım ölkənin Birinci xanımı, I Vitse-prezidenti Mehriban xanım Əliyeva! Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu hər zaman daha da yüksəklərə qaldırır. Xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl vətənpərvərlik nümunəsidir. “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dünya miqyasında dostlar qazandırır. Həmçinin onun xeyriyyəçilik tədbirləri dünyada bir sıra ölkələri əhatə edir.

    Bundan başqa, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Bu hərtərəfli yüksək səviyyəli örnək fəaliyyət, hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin I vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.


    Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki uğurlarımızın zirvə nöqtəsinə yüksəlməyimiz və Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Öz Vətənini Ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu yaratmışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu rəşadətli nəsil məhz, 44 günlük Vətən müharibəmizdə öz mərdliyi ilə ümidlərimizi tam doğrultmuşdur.

    Bütün şəhid analarına və xanımlarına, Vətən millət üçün layiqli mərd oğullar yetişdirən əsgər analarına Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xoş arzularımı, təbriklərimi çatdırıram!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR