BMT Baş Assambleyası süni intellektin tənzimlənməsi və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan ABŞ və 100-dən çox ölkənin birgə təşəbbüsü ilə qətnamənin qəbul edilməsinə yekdilliklə səs verib.
Azadmedia.az-ın məlumatına görə, BMT-nin 193 dövlətinin hamısı sənədin qəbulunu dəstəkləyib.
Belə ki, onun həmmüəllifləri arasında Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Çin, BƏƏ, Türkiyə, Özbəkistan, Slovakiya, Sloveniya, Estoniya var.
Qeyd edək ki, qətnamə 13 bənddən ibarətdir ki, bunlardan birincisi ölkələr arasında və ölkə daxilində süni intellekt və digər rəqəmsal texnologiyalar sahəsində boşluğun yaranmamasına çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.