Moskvada terror aktı martın 9-da “Crocus City”də, prezident seçkilərindən əvvəl planlaşdırılırdı.
Azadmedia.az xəbər verir ki, bu barədə politoloq Sergey Markov özünün sosial şəbəkədəki səhifəsində yazıb.
Belə ki, “Terror aktının martın 9-da “Crocus City”də Şamanın konsertində törədilməsi planlaşdırılıb. Seçkilərdən əvvəl, Putinin etibarlı şəxsinin konsertində bu akt, seçkidən əvvəlki vəziyyəti qeyri-sabit vəziyyətə gətirməli idi. Lakin ABŞ Dövlət Departamenti terror aktının qəti şəkildə əleyhinə idi və martın 7-də konsertdə və ya ticarət mərkəzində 8 mart ərəfəsində mümkün terror aktı barədə açıq xəbərdarlıq etdi”, - deyə S. Markov yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.