Müəyyən edilib ki, adı “Crocus City Hall”da baş vermiş terror aktı zamanı həlak olanların siyahısında olan Hüseynov Vüqar Fuad oğlunun üzərində Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən hər hansı sənəd olmayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hüseynovun adı mərhumların siyahılarında keçir.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə hazırda Azərbaycan vətəndaşları tərəfindən Crocus City Hall-da törədilmiş terror aktı ilə bağlı hər hansı müraciət daxil olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.