Rusiya, İran və Çin arasında üçtərəfli əməkdaşlıq ABŞ və onun müttəfiqləri üçün qorxulu yuxudur, çünki belə bir koalisiya Qərbin dünya nizamı üçün real təhlükə yaradır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Economist” nəşri yazıb.
Belə ki, “Rusiya, İran və Çinin yaratdığı üçtərəfli tərəfdaşlıq, onlar arasında ticarətin inkişafı, eləcə də BRİKS kimi çoxtərəfli beynəlxalq təşkilatlarda iştirak ABŞ və onun müttəfiqlərinə qarşı duran mühüm qüvvədir. “Antiqərb oxu” adlanan üç ölkənin əməkdaşlığı onlara sanksiyalardan uğurla yayınmağa, hərbi münaqişələrdə qalib gəlməyə, həmçinin digər ölkələri müttəfiqləri kimi cəlb etməyə imkan verir”, - deyə nəşr bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.