Rusiya ABŞ ilə dialoqa açıqdır, lakin bütün problemlər bütövlükdə müzakirə olunmalıdır.
Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Belə ki, "Prezidentimiz dəfələrlə təkrar edib ki, biz dialoqa açığıq, bütün məsələləri kompleks şəkildə müzakirə etməyi zəruri hesab edirik. Bəzi məsələləri indi ABŞ ilə ikitərəfli münasibətlərimizdə hakim olan ümumi kontekstdən ayırmaq olmaz. Ona görə də bizim dialoqa açıqlığımız və siyasi iradəmiz var, lakin biz bütün məsələlərin hərtərəfli müzakirəsinin tərəfdarıyıq”, - deyə Rusiya dövlət başçısının sözçüsü vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.