3+3 məsləhət platformasının növbəti iclası bu il yenidən baş tuta bilər. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Diplomat Gürcüstanın da iştirakçı olacağına ümid etdiyini bildirib.
“Cənubi Qafqaz regionunda problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır. Ümid edirəm ki, bu il yenidən yeni iclas keçiriləcək”, - deyə Cəlali əlavə edib.
İran səfiri xatırladıb ki, bu formatda əvvəlki görüş ötən il Tehranda keçirilib. Cəlali bunu uğurlu adlandırıb. O əlavə edib ki, digər dövlətlərin, “fövqəlgüclərin” müdaxiləsi nəinki vəziyyəti gərginləşdirir, həm də Cənubi Qafqazda eskalasiyanı gücləndirir.
“Başqa ölkələrin mövcudluğu Cənubi Qafqazda nizamlanmaya mane olur. Bu regionun altı ölkəsi - Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan bu regionun ən yaxşı ekspertləridir, nəinki bəzi başqa ölkələr”, - Cəlali əmindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.