Hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağı İsrail və ya Fələstinin HƏMAS hərəkatı tərəfindən deyil, yerli alternativ hakimiyyət orqanları tərəfindən idarə olunacaq.
Azadmedia.az “Haaretz”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Belə ki, ABŞ-də səfərdə olan Y.Qallant qeyd edib ki, indiki müharibə bitdikdən sonra Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.