Ərazilərin, o cümlədən, anklavların məsələsi, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Belə ki, “Biz, öz tərəfimizdən, Rusiyanın əlində olan unikal kartoqrafik materiallar və ekspertiza əsasında maksimum dərəcədə köməklik göstərməyə hazırıq. Analoji prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir”, - deyə M.Zaxarova qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.