AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ dövlət katibi və NATO Baş katibi Ukraynaya yardım mexanizmlərini müzakirə ediblər - ABŞ Dövlət Departamenti

  • + A
  • - A
  • 27-03-2024, 23:46

    ABŞ dövlət katibi və NATO Baş katibi Ukraynaya yardım mexanizmlərini müzakirə ediblər -



    ABŞ dövlət katibi Entoni Blinken və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq qarşıdan gələn NATO Xarici İşlər Nazirləri Toplantısına hazırlığı, xüsusilə NATO-nun Ukraynaya siyasi və praktiki dəstəyini artırmaq mexanizmlərini müzakirə ediblər.

    Qeyd edək ki, tərəflər həmçinin Vaşinqton Sammiti üçün NATO-nun prioritetləri barədə fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR