AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fələstin Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib - Son Dəqiqə

  • + A
  • - A
  • 28-03-2024, 18:21

    Fələstin Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib -


    Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

    Belə ki, onun sözlərinə görə, baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Prezidentə təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.

    Qeyd edək ki, onun martın 31-i and içəcəyi gözlənilir. Mustafanın özü Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR