AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir - Lavrov

  • + A
  • - A
  • 28-03-2024, 22:31

    Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir -


    Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir.

    Belə ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici KİV-ə müsahibəsində bildirib.

    “İndi üstəlik, Norveç, Kanada və ABŞ-dan olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir”, – deyə o qeyd edib.

    XİN rəhbəri vurğulayıb ki, Ermənistandakı vəziyyət nikbinlik yaratmır. Ölkə rəhbərliyi uydurma bəhanələrlə işi Rusiya ilə münasibətlərin pozulmasına aparır.

    “Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin, üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır”, - deyə Lavrov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR