Pentaqon Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyat çərçivəsində böyük hücum təşkil edə biləcəyinə şübhə ilə yanaşır.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
O qeyd edib ki, 2023-cü ildə Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara xeyli vəsait xərcləyib.
Həmçinin ATAKMS taktiki ballistik raketlərinin Ukraynaya göndərilməsi ehtimalını şərh edən general Braun əmin edib ki, eskalasiya riski prosesin əvvəlində olduğu qədər yüksək deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.