AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Ordusunun Baş Qərargah rəisi: Pilotsuz təyyarələr İsrailə çatsa, İranı bombalayacağıq

  • + A
  • - A
  • 14-04-2024, 01:08

    İsrail Ordusunun Baş Qərargah rəisi: Pilotsuz təyyarələr İsrailə çatsa, İranı bombalayacağıq

    İrandan atılan bəzi sursatların İsrailə çatması üçün lazım olan vaxt:

    • Balistik raket: 12 dəq.
    • Kruiz raketi: 2 saat
    • Kamikadze İHA: 8 saat.

    İsrail Ordusunun Baş Qərargah rəisi: Pilotsuz təyyarələr İsrailə çatsa, İranı bombalayacağıq

    Yaxın Şərqdə yeni tarix yazılır. İran tarixdə ilk dəfədir ki, birbaşa İsrailə hücum başladıb. İran tərəfindən göndərilən kamikadze dronların bir neçə saata İsrailə çatacağı gözlənilir. Dronlarla yanaşı, qarşıdakı saatlarda İran tərəfindən ballistik raketlərin də əməliyyata qoşulacağı iddia olunur.

    Bundan sonra region üçün iki mümkün ssenari var:

    Birincisi, İranın hücumları İsrailə zərər vermədən neytrallaşdırıldıqdan sonra ABŞ-ın vasitəçiliyi ilə İran və İsrail arasındakı regional eskalasiya səngidiləcək.

    İkincisi, İsrail İranın hücumlarını “casus belli” kimi dəyərləndirərək, İran ərazilərindəki strateji obyektləri bombalayacaq. Burada ABŞ-ın oynayacağı rol çox önəmlidir. Bəlkə də İran rəhbərliyi ABŞ-ın regional müharibə marağında olmamasından əmindir. Amma ABŞ-ın İsrailə müstəsna dəstək verməyəcəyinin də zəmanəti yoxdur. Bu dəqiqdir ki, İsrail ABŞ-sız birbaşa İrana hücum etməz, ABŞ da İran qarşısında İsraili tək qoymaz.

    Birinci ehtimal daha realdır, amma ikinci də istisna olunmamalıdır. Ən qısa müddətdə cənub sərhədlərimizin hərbi cəhətdən gücləndirilməsi faydalı olardı.

    @serqebaxis


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR