İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib.
Azadmedia.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
Belə ki, “Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, - deyə Miller bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.