KXDR-in xarici iqtisadi məsələlər naziri Yun Con Honun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, nəşr qeyd edir ki, Şimali Koreya nümayəndə heyəti aprelin 23-də Pxenyandan İrana uçub.
Həmçinin “Yonhap” agentliyinin məlumatına görə isə səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.