Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Belə ki, onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.