Türkiyənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni daimi nümayəndəsi səfir Əhməd Yıldız etimadnaməsini Baş katib Antoniu Quterreşə təqdim edərək vəzifəsinin icrasına başlayıb.
Azadmedia.az xəbər verir ki, A.Quterreş Ə.Yıldızı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qəbul edib.
Belə ki, təkbətək görüşdə Türkiyə ilə BMT arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb. Mövcud qlobal çağırışlar fonunda beynəlxalq sistemdə ədaləti müdafiə etməyə davam edən BMT-nin daha effektiv fəaliyyəti üçün ölkələrin aktivliyinə hər zamankından daha çox ehtiyac olduğu vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.