Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Xeyrımlı (Kirants) kəndində aksiya iştirakçılarına qoşulan bir qrup hərbi formalı şəxsin kimliyini araşdırır.
Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin siyasi proseslərə cəlb edilməsi cəhdlərinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Xeyrımlıda keçirilən aksiyaya müqavilə əsasında xidmət edən hərbçilərin qoşulduğu barədə məlumat yayılıb.
Onu da xatırladaq ki, Ermənistanda bir neçə gündür Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir. Aksiya zamanı sakinlər bir neçə avtomobil yolunu bağlayıb. Etirazçılar arasında saxlanılanlar var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.