AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan sərhədində demarkasiya işlərinə başlanması müsbət addımdır

  • + A
  • - A
  • 29-04-2024, 09:38

    Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan sərhədində demarkasiya işlərinə başlanması müsbət addımdır


    Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanması müsbət addımdır. Azərbaycan prezidenti İlham Əliyev bunu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

    Dövlət başçısı qeyd edib ki, iki ölkənin delimitasiya komissiyalarının əldə etdiyi razılıq dialoq və qarşılıqlı anlaşma şəraitində ikitərəfli əsasda aparılan müzakirələrin nəticəsidir. İlham Əliyev vurğulayıb ki, delimitasiya prosesindən sonra iki ölkənin sərhədində demarkasiya işlərinə başlanması da müsbət addımdır.

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü haqqında İlham Əliyev deyib ki, Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün tezliklə Almatıda görüşəcəklər. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan İlham Əliyev sülh gündəminin gələcəkdə də davam etməsi üçün ölkənin bütün səylərini əsirgəməyəcəyini vurğuladı, Azərbaycanın güclü siyasi gücə malik olduğunu bildirdi. Dövlət başçısı bildirib ki, Azərbaycan regionda heç bir ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz üçün regional əməkdaşlıq modelinin yaradılmasının tərəfdarıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR