AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonunda “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 6-05-2024, 16:51

    Yasamal rayonunda “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib -


    Bakı, 6 may — Azadmedia.az


    Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.


    Azadmedia.az xəbər verir ki, tədbirdə
    YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü Şahlar Əsgərov, Misir Mərdanov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Elnur Allahverdiyev, BDU-nun rektoru Elçin Babayev və bir slra universitet rektorları, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin şöbə müdiri Fazil Talıbov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Əfran Nəbiyev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal rayon İdarəsinin şöbə rəisi Emil Eyvazov, YAP Yasamal rayon təşkilatının və RİH-nin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

    Belə ki, tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

    YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı videoçarx təqdim edilib.

    Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin hazırladığı “Haqqdan Gələn Səs – Dahi” adlı bədii hissə ilə tədbirə yekun vurulub.

    Qeyd edək ki, sonda Yeni Azərbyacan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR