AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada mehmanxanada YANĞIN

  • + A
  • - A
  • Bu gün, 10:30

    Zaqatalada mehmanxanada YANĞIN

    Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

    Gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

    Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

    Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

    Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR