Azərbaycanlı oliqarxın oğlu rus müğənnini döydü – VİDEO
Rusiyanın tanınmış “Faktor-2” qrupunun solisti İlya Podstrelov“Instagram”da video paylaşaraq bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirib.
Minval.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yerləşdirdiyi videoda naməlum şəxsin ona zərbələr endirdiyi görünür.
Əksər Rusiya KİV-ləri iddia edib ki, İlyanı döyən şəxs qondarma Donetsk Xalq Demokratik Respublikasında Azərbaycan diasporunun keçmiş rəhbəri Malik Pirverdiyevin oğlu Camal (Coni) Pirverdiyevdir.
Lakin “Life.ru” saytı araşdırma apararaq hücum edən şəxsin Camal yox, Ceyhun Pirverdiyev olduğunu müəyyənləşdirib. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.
İddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib. Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib. Bu, oliqarx oğlunun xoşuna gəlməyib və ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb.
Qeyd olunub ki, davada Ceyhunun özü də zədə alıb. İlya isə qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.