AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış azərbaycanlı müğənnini içkisinə dərman atıb zəhərlədilər - ŞOK İDDİA - FOTO

  • + A
  • - A
  • 18-03-2018, 13:48

    Tanınmış azərbaycanlı müğənnini içkisinə dərman atıb zəhərlədilər - ŞOK İDDİA - FOTO
















    Mələkxanım Eyyubovanın yaxın qohumu, "Xalq Ulduzu" mahnı yarışması ilə məşhurlaşan xanəndə Mirkamil dünən gecə saatlarında Bakı şəhər 1 saylı kliniki mərkəzin (Semaşko) Toksikologiya şöbəsinə yerləşdirilib.

    Publika.az xəbər verir ki, müğənninin sosial şəbəkə vasitəsilə verdiyi məlumata görə, onu axşam iştirak etdiyi məclislərin birində zəhərləyiblər:

    "Məni öldürməyə çalışan qüvvələr var. İçkimə dərman qatıb məni zəhərlədilər. Amma yenə ölmədim, şükür qurtuldum. Dünən heç danışa da bilmirdim. Bu gün danışa bilirəm. Bir neçə gün burada qalacam".

    Müğənni iddia edir ki, bu təsadüfi hadisə olmayıb, onu qəsdən zəhərləməyə çalışıblar.

    Müğənninin prodüseri Emil də faktı Publika.az-a təsdiqlədi. O bildirdi ki, Mirkamil bu gün xəstəxanadan evə buraxılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR