“Qızımın nömrəsini İnstagramda paylaşmışdılar” – Elinanın anasından YENİ AÇIQLAMALAR (VİDEO)
İntiharı ilə ölkə ictimaiyyətini ayağa qaldıran Elinanın anası məktəbdə qızına qarşı edilən təzyiqlərdən danışıb.
Baku.ws xəbər verir ki, “Səni axtarıram” proqramı ilə telefon bağlantısı yaradan Sevil xanım Elinanın Azərbaycan bölməsinin yuxarı sinif şagirdləri tərəfindən mütəmadi olaraq incidildiyini açıqlayıb:
“Azərbaycan bölməsindən hansısa oğlan Elinanın nömrəsini paylamışdı. Həmin oğlan Elinaya yazırdı. Mən ona zəng vurub məktəbə gəlib, şikayət edəcəyimlə hədələdim. Bundan sonra kimsə qızımın nömrəsini İnstagramda və yaxud da başqa yerlərdə paylaşdılar. Elinanın telefonunda bloka atdığı çox nömrələr var. Qızımı çox narahat edirdilər. Elina özü mənə heç nə demirdi, amma rəfiqəsi hər şeyi danışırdı. Hüseyn adlı oğlan Elinanı məktəbin dəhlizində vururdu. Başa düşə bilmirəm, mənim uşağımdan nə istəyirdilər?”
Ana baş verənlərlə bağlı dəfələrlə məktəb direktoruna şikayət etdiyini deyib:
“Dərs ili başlanandan Elinanın o məktəbdə problemləri başladı. Direktora bir neçə dəfə şikayət etdim. Axırda direktor mənə dedi ki, şikayətlərinizlə məni bezdirdiz. Uşağınızı mənim məktəbimdən çıxarın! Sənədləri üstümüzə atıb qovurdu”.
Sevil xanım qızının heç bir psixoloji probleminin olmadığını deyir:
“Elina normal uşaq idi. Təmiz qız idi, amma onunla pis rəftar edirdilər. Heç bir psixoloji problemi yox idi. Onun problemi məktəbdə idi. Bir dəfə Elina evə gec gəldi. Soruşdum ki, hardaydın. Dedi ki, psixoloq mənimlə söhbət edirdi. Psixoloq ona demişdi ki, narkotik, internet pis şeydir, yoxsa sizi zorlayarlar”.
Sevil xanım məlum hadisədən sonra Elinanın telefonundan “Whatsapp” proqramının silindiyini deyir:
“Çantasını mənə direktor verdi. İçində heç nə yox idi. Bir daraq, bir dəftər, bir də “kosmetiçkası” var idi. Telefonu yox idi. Xəstəxanada olanda atasına demişdi ki, telefon çantamdadır. Amma heç kim tapa bilmirdi. Axırda mən “Semaşko”da olanda rəfiqəsi Xalidəyə zəng vurub dedim ki, direktordan telefonu soruşsun. Yarım saata telefon tapıldı. İçində nömrəsi içindən götürülüb, “Whatsapp”ı pozulub. Şəkilləri, videoları olan qovluq kodda olduğundan heç kim girə bilmirdi. Uşaq özü “Whatsapp”ı pozsaydı, birinci videolarını, fotolarını pozardı