Marneulidə 26 yaşlı gəncin meyiti tapılıb

Gürcüstanın Marneuli rayonunda faciəvi hadisə baş verib.
Yerli medianın məlumatına görə, rayonun Təzəkənd kənd sakini, 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
Gəncin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.