AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda xəstəxanada ölən uşağın valideynləri həkimi ittiham edirlər - Yeniləndi

  • + A
  • - A
  • 10-04-2017, 10:46

    Bakıda xəstəxanada ölən uşağın valideynləri həkimi ittiham edirlər - Yeniləndi
















    Bakıda orta məktəb şagirdi qəflətən ölüb.

    Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 2004-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. Bronxial astma xəstəliyindən əziyyət çəkən uşaq dünyasını dəyişib.

    "Report"un xəbərinə görə, onun həkim səhlənkarlığı ucbatından öldüyü iddia edilir.

    Belə ki, Respublika Uşaq Klinik Xəstəxanasında müalicə olunan 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu naməlum şəraitdə ölüb. S.Əyyubzadənin valideynləri uşağın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edirlər.

    Onun meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib və ekspertlər təyin edilib. Faktla bağlı araşdırma aparılır.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, 2004-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasına gətiriləndə artıq ölmüş vəziyyətdə olub.

    Qeyd edək ki, S.Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR