AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün 15 dərəcə şaxta olacaq

  • + A
  • - A
  • 14-01-2020, 09:36

    Bu gün 15 dərəcə şaxta olacaq


    Sabaha olan hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
    Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında yanvarın 14-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR