AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Porsche" qəzasında ölən polisin anası danışdı: "Balalarıma haram tikə yedirməmişəm” - Video

  • + A
  • - A
  • 10-05-2017, 10:36

    "Porsche" qəzasında ölən polisin anası danışdı: "Balalarıma haram tikə yedirməmişəm” - Video

















    Mayın 6-da gecə saatlarında Tovuzda dəhşətli yol qəzasında dünyasını dəyişən polis Zakir Qəhrəmov barədə xəbər vermişdik. Z.Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur

    Unikal.org-un əməkdaşı M.Qəhrəmanova ilə əlaqə saxlayıb. O, hadisə və oğlu haqqında yazılan qeyri dəqiq informasiyalarla bağlı danışıb. Övladı dünyasını dəyişən həkim bildirib ki, Zakir hər zaman dövlətə şərəflə xidmət edib: "Saytlar yazır ki, Zakir əslən tovuzludur. Bu yanlış məlumatdır. Sadəcə onun təyinatı Tovuza verilmişdi və orada çalışırdı. Atası çoxdan rəhmətə gedib. O da "karennoy” bakılı idi. Oğlumun iki hüquq təhsili var idi. 6 ay ərzində rütbəsini aldı. 8 ay Tovuzda xidmət etdi. Sonradan təyinatını Hacıqabula verdilər ki, ailəsinə, uşağına yaxın olsun. Oğlum hər zaman dövlətinə şərəflə xidmət edib. Rayonda öz qabiliyyəti, tərbiyəsi ilə hörmət qazanmışdı. Tovuzda hər kəs onu yaxşı tanıyırdı. Onun haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Ana olaraq bu mənə çox pis təsir edir. Bəzən polislər haqqında yersiz ifadələr işlədirlər. Bu vaxta qədər Zakir bir adamdan pul almayıb. Yazırlar ki, haram pullarla maşın alıb, anası, ailəsi Əliyevçidir, dövlətə xidmət edirlər. Dövlətə xidmət etmək hər birimizin borcudur. Yazılan yersiz şərhlər bizdə çox qıcıq yaradır. Heç kim bilmir sabah başına nə gələcək. Mən övladlarımı atasız, əziyyətlə böyütmüşəm. Zəhmət çəkmişəm, işləmişəm, balalarıma haram tikə yedirməmişəm”.

    Məlahət xanım qeyd edib ki, kimlərinsə artıq ittihamı yersizdir: "Millət vəkillərimiz, hər kəs gəlib başsağlığı verdi. Mən hamınıza göstərdiyiniz diqqətdən dolayı təşəkkür edirəm. Heç nə oğlumu geri qaytara bilməz. İnsanların ağzını yuma bilmərik. Tanıyanlar bilir, tanımayanlar ağzına gələni danışacaq. Yazırlar ki, polis maaşı ilə "Porsche”ni necə alıb? Oğlum polis sistemində işləməzdən əvvəl maşını var idi. Mən ona maddi dəstək olurdum. Bizim millət niyə axı bir-birini məlumatı olmadan ittiham edir?”.

    Müsahibimiz hadisə nəticəsində xəsarət alanlar barədə də danışıb: "Qəza avtomobildəki nasazlıq ucbatından baş verib. Oğlumun yanında olan uşaqların ikisi sağdır. Səhv etmirəmsə, birinin vəziyyəti ağırdır, hazırda hospitaldadır. Digəri isə komadadır. Allah onlara şəfa versin. Bütün günü Allaha dua edirəm ki, o uşaqlar yaşasın, onları görüm. Həmin uşaqlardan biri polisdir. Hadisədən bir neçə saat əvvəl oğlum dostları ilə birgə qardaşımın yanında olublar. Deyiblər, gülüblər. Sonra da bu hadisə baş verib”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR