AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğlu "Porsche" ilə adam öldürən iş adamı danışdı: “14 yaşlı uşağı həbs edərlər?”

  • + A
  • - A
  • 4-05-2017, 13:46

    Oğlu "Porsche" ilə adam öldürən iş adamı danışdı: “14 yaşlı uşağı həbs edərlər?”

















    Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik

    Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur.

    F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır:

    "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

    Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.

    "Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR