AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov qadınları təbrik etdi

  • + A
  • - A
  • 7-03-2017, 13:40

    Zakir Həsənov qadınları təbrik etdi

















    Müdafiə naziri Zakir Həsənov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrik məktubunda deyilir.

    "Əziz xanımlar!

    Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.

    Azərbaycan qadınları tarix boyu kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər.

    Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü şərəflə daşıyır.

    Torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini hörmət və ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların ömür-gün yoldaşlarına və Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırıram.

    Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

    İnanıram ki, Ordumuzda xidmət edən qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər.

    Bayramınızı bir daha təbrik edirəm!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR