Bakıda kuryoz hadisə - Əməliyyat zamanı qayçı cərrah köməkçisinin gözünə girdi
Bakıda məşhur özəl klinikaların birində cərrahi əməliyyat zamanı kuryoz hadisə baş verib
Unikal.org xəbər verir ki, cərrah köməkçisi işləyən şərti adı Nuranə olan gənc qız burun əməliyyatı zamanı həkimə qayçı verərkən gözünə batıb.
Hadisə zamanı qayçı gənc qızın gözünün əlvan təbəqənin orta hissəsindəki göz bəbəyinə batıb.
Yaralı dərhal Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib.
Həkimlərin səyi nəticəsində gənc qızın gözünü bərpa etmək mümkün olub.
Belə ki, qayçı gözün əlvan təbəqənin orta hissəsindəki deşiyə (göz bəbəyi) tam nüfuz etmədiyindən xoşbəxtlikdən gənc qız görmə qabiliyyətini itirməyib.