Mehman Hüseynovun nədə ittiham olunduğu məlum oldu - TƏFƏRRÜAT
Mehman Hüseynovun niyə saxlanılmasının təfərrüatı məlum olub.
M.Hüseynov Bakının "Torqovıy" adlanan ərazisində iş axtaran bir şəxsin şikayəti əsasında saxlanılıb.
Polisin ittiham aktında bildirilib ki, həmin şəxs Mehman Hüseynovun onu çiyni ilə vurduğu barədə polisə müraciət edib. Polis həmin an M.Hüseynovu çağırıb, Mehman isə polisin əmrini yerinə yetirməyib.
Qeyd edək ki, bloqçuya verilən ittihamla o ya 200 AZN məbləğində cərimə edilməli və ya 1 aya qədər inzibati həbslə cəzalandırılmalıdır.
/// Lent.az