16 yaşlı gənc heyvanlar üçün olan dərmanı içdi - Reanimasiyaya yerləşdirildi
Tovuz rayonunda 16 yaşlı gənc oğlan dərman içib.
Hadisə rayonun Eyyublu kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Sarıyev Babək Ramin oğlu evlərində heyvanlar üçün hazırlanmış dərmanı içib. B.Sarıyev təcili olaraq xəstəxanaya gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Ailə üzvlərinin dediyinə görə, B.Sarıyev psixoloji xəstədir.
///Trend