“Virgin Atlantic” təyyarəsi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Azadmedia.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“London-İslamabad marşrutu ilə uçan “Virgin Atlantic” aviaşirkətinin ekipaj komandiri Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün sorğu göndərib”, - məlumatda deyilir.
Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
Məlumata görə, “Boeing 787” təyyarəsi martın 3-də yerli vaxtla saat 07:37-də Bakı hava limanına təhlükəsiz eniş edib.
Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına ikinci məcburi enişdir. Martın 2-də axşam saatlarında həm də göyərtəsində olan sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Banqkok-Amsterdam reysi ilə uçan EVA Air Boeing-787 təyyarəsi buraya eniş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.