AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzada öldüyü deyilən xanəndə qətlə yetirilibmiş — O biri isə axtarılır

  • + A
  • - A
  • 2-08-2018, 11:06

    Qəzada öldüyü deyilən xanəndə qətlə yetirilibmiş — O biri isə axtarılır














    Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.
    Bərdə Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.

    Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.
    Faktla bağlı araşdırma davam etdirilir.

    Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR